Seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara rəsmi dəvət göndərildi

15 Avqust 2013 12:52 (UTC+04:00)

Azərbaycan beynəlxalq təşkilatları prezident seçkilərini müşahidə etmək üçün ölkəyə dəvət edib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidə missiyalarının izləyəcəyi gözlənilir.