Müasir "Çalıquşu"nun ilk görüntüləri ortaya çıxdı (FOTO)

15 Avqust 2013 13:28 (UTC+04:00)

Serial yeni mövsümdə ekranlara gələcək


Rəşad Nuri Güntekinin eyni adlı romanından götürülərək dövrümüzə uyğunlaşdırılan "Çalıkuşu" serialının ilk görüntüləri yayılıb. Mövqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə,yeni mövsümün iddialı seriallarından olan "Çalıkuşu"nun ilk görüntüləri ortaya çıxıb.


Kanal D-də ekrana gələcək serial 1986-cı ildə TRT-də tamaşaçıların qarşısına çıxıb. Rəşad Nuri Güntekinin ölümsüz əsəri "Çalıkuşu" 27 il sonra Fahriye Evcen (Feride) və Burak Özçivit (Kamuran) ilə təkrar ekrana gələcək. Çalıkuşunun rejissorları isə Çağan Irmak-Doğan Ümid Karacadır. Fahriye Evcen seriala ciddi hazırlaşdığını, serialın cərəyan edəcəyi dövrlə əlaqədar araşdırmalar etdiyini, romanı 2 dəfə oxuduğunu bildirib. Evcen Feride obrazını makiyaj etmədən oynayacaq.


Qeyd edək ki, Feride xarakterini 27 il əvvəl Aydan Şener, Kamuran xarakterini isə Kenan Kalav oynamışdı.