İxtisas seçiminin vaxtı uzadıldı

15 Avqust 2013 12:55 (UTC+04:00)

Movqe.az -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə,  2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 16-dasaat 11:00-a qədər uzadılıb. başa çatacaqdır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.