Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

15 Avqust 2013 14:23 (UTC+04:00)

Xəzər dənizində Rusiyanın Xəzər Donanması gəmilərinin təlimləri başlayıb.

APA-nın İTAR-TASS-a istinadən yaydığı məlumata görə, donanma komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, "Bal" sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir. 

 

Təlimlərə iki gün əvvəl Bakıya gəlmiş "Dağıstan" raket gəmisi və "Volqodonsk" artilleriya gəmisi də qatılıb. Təlimlər həftənin sonunda başa çatacaq.