Dünyanın yuxusu get-gedə azalır..

15 Avqust 2013 16:12 (UTC+04:00)

ABŞ-dakı tədqiqat son 50 ildə insanların 1 saat az yatdığını sübut edib. Prof. 

Həkim Murat Aksu, aparılmış tədqiqata görə ABŞ-da 50 il əvvəl ortalama hesabla 8 saat 20 dəqiqə olan yuxu müddətinin 7 saat 20 dəqiqəyə düşdüyünü ifadə edib.


Antaliyada təşkil edilən 48-ci Milli Nevrologiya Konqresinə qatılan Erciyes Universiteti Tibb Fakültəsinin Nevrologiya fundamental elm sahəsi üzrə müəllim və professor həkim Murat Aksu, yaxşı bir həyat üçün yaxşı yuxunun lazımlı olduğunu bildirib. Yetkin bir fərdin yuxu müddəti 8-8,5 saatın altına düşməməli olduğunu bildirən Murat Aksu danışığında insanların günlük həyatlarını sağlam, yorğunsuz, gümrah davam etdirmək üçün ən azı 8 saat yuxu yatmalarını bildirib. 


Buna baxmayaraq bəziləri yenə az yuxu alır. Ona görə ki, o cür insanları normal yatmaqdan saxlayan bəzi əsaslar mövcuddur. İş görən və gördürənlər, televiziya seyr edənlər, ictimai fəaliyyətlərlə məşğul olanları və s. bu əsaslara daxildir. Bu sadalanan işlərlə məşğul olmaq lazım olan yuxu müddətinin alınmasına imkan vermir. Bu məsələdə həssas olmamaq və deyilənə riayət etməmək, lazım olan yuxu müddətində yatmamaq və ya oyaq olmaq, hər hansı iş görmək (işdən asılı olaraq) son nəticədə həyat keyfiyyətinin yaxşı və pis məcrada inkişaf etməsinə təsir göstərir. Zamanımızı yuxu xaricində başqa işlərlə keçirməyimiz bizim daha az sağlam olmamızın ciddi bir səbəbidir.