Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb

15 Avqust 2013 17:41 (UTC+04:00)

Azərbaycanda 3 ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması (deflyasiya) müşahidə olunmaqdadır.


"APA-Economics"in verdiyi məlumata görə, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiyməti və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiyməti 1,7% enib, xidmət tarifləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.

 

"Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri isə 3,3% artıb", - deyə Komitənin məlumatında deyilir.

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə illik inflyasiya 2% təşkil edib.