İnsan alveri ilə məşğul olanlar əsasən qadınlardır

15 Avqust 2013 17:55 (UTC+04:00)

"Insan alverinin cinsi istismar növu uzrə cinayəti törədənlər əsasən qadınlardır. Cinayət xronikasına baxdıqda, bu cinayəti törədənlərin daha cox zərif cinsin nümayəndələri olduğu üzə çıxır". Bu məlumatı Movqe.az-a "Təmiz Dünya " İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. M. Zeynalova bildirib ki, insan alverçiləri olan qadınlar həsas vəziyyətdə olan qadınları tapır, onları cəlb edir, aldadır və daşıyaraq istismar edir. Bu bu prosesdə bir neçə nəfər işləyir. Biri məlumatı toplayır və ya cəlb edir, ikinci sənədləri hazırlayır. Biri daşıyır və digəri isə istismar zamanı nəzarət edir".

M. Zeynalova deyir ki, insan alverində kişilər də iştirak edir: "Dogrudur, insan alveri transmilli xarakter daşıyır. Bəzi hallarda  bizim vətəndaşlar xarici ölkəyə ailə qurmaq adı ilə aparılır və bu cinayəti həyata kecirirlər. Lakin son zamanlar insan alverinin digər bir fomarsı məcburi əmək ve əməyin istismarı forması daha aktual olub. Burada daha çox kişilərin cinayəti həyata keçirməsi halları müşahidə olunur. Tikinti obyektlərinə, kənd təssərrüfatına celb edilən insan alveri qurbanları həm Azərbaycandan Rusiyaya, həmçinin də xaricdən ölkəmizə gətirilənlərdir".