Metro istifadəçilərinə şad xəbər

15 Avqust 2013 18:14 (UTC+04:00)

Metropoliten sentyabrdan yeni iş rejiminə keçəcək

Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən (16 sentyabr) etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcək. Bu barədə Trend-ə Bakı Metropolitenindən məlumat veriblər.

Xəbərə görə, hazırda Bakı Metropolitenində qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. 

Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir: "Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaq".