Mursidən yeni xəbər var

15 Avqust 2013 21:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursinin həbs müddətinin bir ay uzatıldığı açıqlanıb. Xəbər, rəsmi xəbər agentliyi MENA tərəfindən edilib. 3 iyulda hakimiyyətdən salınan Məhəmməd Mursi, "cinayət və casusluq" ittihamlarıyla bilinməyən bir yerdə tutulur.