Misirin Müdafiə nazirindən şok təlimat

16 Avqust 2013 12:12 (UTC+04:00)
Ordunun Mursi dəstəkçilərinə müdaxiləsinin yüzlərlə vətəndaşın ölümü ilə nəticələnməsi ölkədə gərginliyi daha da şiddətləndirib.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Misirin müdafiə naziri, Abdel Fattah Əl-Sisinin aksiyaların dağıdılması üçün odlu silahdan istifadə etmək üçün əmr verdiyi məlum olub.

Misir Daxili İşlər Nazirliyi Sisinin təlimatına əsaslanaraq, yaydığı açıqlamada qeyd edir ki, "Müsəlman Qardaşları"nın təşkil etdiyi hücumlar zamanı polis mərkəzlərinin və hökumət binalarının yandırılmasını nəzərə alaraq təhlükəsizlik qüvvələrinə, hər hansı bir hücuma məruz qalacaqları təqdirdə qanunun müdafiəsi çərçivəsində əsl güllələrdən istifadə təlimatı verilib.