Misirdən turistlərin təxliyəsinə başlayıblar

16 Avqust 2013 12:09 (UTC+04:00)

Bu həftəsonu artıq turistlərin bir hissəsi yola düşəcək.

Misirdə kütləvi iğtişaşların şiddətlənməsindən qorxuya düşən xarici turistlər artıq ölkəni tərk etməyə başlayıblar. 


Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Finlandiya vətəndaşlarının təxliyyəsi barədə bəyanat verib. Hakim dairələr bu qərara Misirdəki vəziyyətlə əlaqədar gəliblər.


Artıq bu bazar günü "Tyareborq" turizm şirkəti təxminən 100 nəfər müştərisini təxriyyə etməsinə söz verib. Həm də tur-operator sentyabr-oktyabr aylarına Misirə olan turları ləğv edib.


Başqa bir şirkət "FİNNMATKAT" 135 nəfər turistini bazarertəsi ölkədən çıxarmağı planlaşdırır və oktyabr ayına kimi Misirə turları dayandırıb.


Rusturizm bütün tur agentlərə Misirə tur paket satışının dayandırılması barədə tapşırıq verib. Bundan başqa Rusiya Xarici işlər nazirliyi vətəndaşlarını Misirə səyahət üçün verdiyi pullarını geri tələb etməyə çağırdı.


Qeyd edək ki, Qahirədə Rusiya konsulluğu öz işini dayandırıb.