Maştağada kişi qətlə yetirildi

16 Avqust 2013 12:27 (UTC+04:00)

Bakıda 57 yaşlı kişi qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən  Movqe.az-a verilən məlumata görə, hadisə bu gün Maştağa qəsəbəsində qeydə alınıb.

1956-cı il təvəllüdlü Nazim Məlikheydər oğlu 1984-cü il təvəllüdlü İlqar Quliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən İ. Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.