Bakıda 35 yaşlı qadın təcavüzə məruz qaldı

16 Avqust 2013 12:48 (UTC+04:00)
Ötən gecə saat 22:30 radələrində Bakının Binəqədi rayonunda 35 yaşlı qadın təcavüzə məruz qalıb. 

Binəqədi rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, 7-ci mikrorayonda 1978-ci il təvəllüdlü Mülkiyyə Musayeva küçənin ortasında qəfil hücuma məruz qalıb. Naməlum şəxs ona hücum çəkib və onu vəhşicəsinə döyüb. 

Qadın kəllə-beyin travması ilə bağlı xəstəxanaya yerləşdirilib.

Hazırda qadının kim tərəfindən və nə səbəbdən döyüldüyü araşdırılır.