Təhsil nazirinin keçmiş müavini yeni vəzifəyə təyin edildi

16 Avqust 2013 12:59 (UTC+04:00)

Qulu Novruzov Təhsil Problemləri İnstitutuna direktor təyin edilib

Azərbaycan təhsil nazirinin sabiq müavini Qulu Novruzov Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutuna direktor təyin edilib. 


Bu barədə ANS PRESS-ə Təhsil Problemləri İnstitutundan məlumat veriblər. Artıq Q. Novruzov bu gündən işə başlayıb.


Xatrıladaq ki, TPİ-nin əvvəlki direktoru Abdulla Mehrabov artıq dünəndən səhhəti ilə bağlı istefa ərizəsini yazaraq işdən azad edilib.