Gəncədə təbii qaz təchizatı bərpa olunub - “Azəriqaz”

17 Oktyabr 2020 15:18 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.

Birlikdən Mövqe.az-a bildirilib ki, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.