“Muhteşem Yüzyıl”ın Mihrimahı çimərlik geyimində

16 Avqust 2013 14:06 (UTC+04:00)

Mövqe.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, məşhur "Muhteşem Yüzyıl" serialında Mihrimah Sultanı canlandıran Pelin Karahan Bodrumda istirahət edərkən bikinli vəziyyətdə paparazzilərə yaxalanıb.


Dincəldiyi otelin hovuzunda çimən məşhuru anası dəsmalla gizlətmək istəsə də əziyyəti boşa çıxdı. Sevilən aktrisanın çimərlik geyimində fotoları çəkildi.

Ailəsi ilə istirahət edən Pelin Karahanın həyat yoldaşı Erdinç Bekaroğlunun yanında olmaması da gözdən qaçmadı. Amma gənc aktrisa gözəl bədən quruluşu ilə bu mövsümün birinciləri arasında yer ala bilər.