Hikmət Hacıyev yazdı: Ad günün mübarək, Nigar

18 Oktyabr 2020 10:21 (UTC+04:00)

Ad günün mübarək, Nigar. Qaniçən Ermənistan qonşumuz olduğuna görə bağışla bizi.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb”, - o qeyd edib.