Düşmənin hərbi hissəsi ələ keçirilib (VİDEO)

18 Oktyabr 2020 12:27 (UTC+04:00)
Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Bu barədə Mövqe.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.