Azərbaycan vətəndaşlarına Misirə səyahət etməmək tövsiyyə edildi

16 Avqust 2013 14:16 (UTC+04:00)

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarının Misirə səyahət etməməyi və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfəri təşkil etməməyə çağırıb. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkilini tövsiyə etmir: "Bildiririk ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb. Xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək".