Sabah dəhşət isti olacaq
16 Avqust 2013 16:03 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə
isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən
məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 33-38
dərəcə isti olacağı gözlənilir, şimal küləyi gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28
dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin yağmursuz
keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə
19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz
23-28, bəzi yerlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir.