AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı

19 Oktyabr 2020 16:43 (UTC+04:00)
AzTV-nin çəkiliş qrupu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Mövqe.az xəbər verir ki, televiziyanın cəbhə bölgəsinə (Ağdam rayonu) ezam olunmuş əməkdaşı Anar Şuşalı ayaq nahiyəsindən iki qəlpə yarası alıb.