28 yaşlı qadın qatarın altında qaldı

16 Avqust 2013 16:52 (UTC+04:00)

Bakı-Qazax marşrutu üzrə hərəkət edən sərnişin qatarı adam vurub.

Hadisə bu gün səhər saat 8 radələrində Gəncə və Zazalı stansiyaları arasında baş verib.

Əkin sahəsindən qayıdan Gəncə sakini, 1985-ci il təvəllüdlü Mirzəyeva Səyyarə Ədil qızı dəmir yolunu keçmək istəyərkən relslərin üstünə yıxılıb.

Bu vaxt hərəkətdə olan qatar onun üstündən keçib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.