Baş nazir müavini jurnalistlərin hücumuna məruz qalıb

16 Avqust 2013 18:00 (UTC+04:00)

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nevşehirdə çıxışı zamanı hücuma məruz qalıb

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nevşehirdə çıxışı zamanı hücuma məruz qalıb. Mövqe.az-ın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu gün Nevşehir vilayətinin Hacıbektaş rayonunda təşkil olunan "Hacı Bektaş-ı Vəli Anma, Kültür və Sənət" festivalında çıxış edən B. Bozdağ bir qrup şəxsin etirazı ilə üzləşib. "Mustafa Kamalın əsgərləriyik!" şüarı səsləndirən etirazçılar, Bozdağın "Sizleri baş nazirimizin salamı ilə salamlayıram" sözlərindən sonra daha da fəallaşıblar. 


B. Bozdağ çıxışını tamamlayıb kürsüdən enib yerinə gedərkən Kahramanmaraşın Pazarcık ilçəsində yerli qəzetlərin birində işləyən jurnalist "buraya nə üzlə gəldiniz" deyərək baş nazirin müavinini yumruqla vurmaq istəyib. Bozdağı qoruyan mühafizə xidmətinin əməkdaşları dərhal həmin şəxsi zərərsizləşdirib. Hücum etməkisatəyən şəxsə ilk müdaxilə edənlər arasında Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun mühafizəçiləri də olub. 


Həmin şəxsin 34 yaşlı Hüseyn Satı olduğu məlum olub. H. Satı saxlanılaraq polis idarəsinə aparılıb.