Körpə qatili olan, Ermənistan!

20 Oktyabr 2020 07:20 (UTC+04:00)

Bildiyimiz kimi , keçən dəfə “humanitar atəşkəs” dilənən erməni xalqı , öz alçaq əməllərini davam etdirərək , mülki əhalini yenidən atəşə tutur . 11 oktyabr tarixində birinci Gəncə hadisələri baş verməsinə baxmayaraq , sakit durmayan erməni xalqı bu gün də yəni 17 oktyabr tarixində Gəncəni ikinci dəfə silah atəşinə tutdu . Onlarla mülki əhalinin gecə yarısı əliyalın bir vəziyyətdə sakitcə evində oturarkən silahlı atəşə məruz qalması bildiyimiz kimi cinayətdir . Lakin , bilinməz mənsəbə xidmət edən qarşı tərəf erməni xalqı mülki əhalini hələ də silahlı atəşə məruz qoyur və müxtəlif raketlərdən istifadə edir . Ermənistan rəhbərliyi bir daha sübut edir ki , onlar bizim Şanlı ordumuzun gücündən qorxur və öz silahını mülki əhalininin üstünə yönəlir . Nəzərinizə bir şeyi çatdırmaq istəyirəm ki ,Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu . Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. 
Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Bu qədər sakinin , dinc körpələrin , yaşlıların silahlı və yaxud da raket atəşinə məruz qalması cinayət hadisəsi hesab olunsa da, öz xudbin və məkrli siyasətlərinə davam edərək terrorizm tərəfdarı olduqlarını bir daha sübut edirlər. Hətta dünən baş vermiş hadisələr nəticəsində xəsarət alaraq dünyasını dəyişən lakin, səhər 18.10.2020 tarixində 15 yaşı tamam olacaq yeniyetmə Nigar Əsgərova dünyasını dəyişdi . Bəli , sanki bağçadan bir fidan dərildi . Bir evi işıqsız , ailəni çıraqsız qoydular mənfur düşmənlər . Hələ gənc olmaq hissini yaşamamış bir yeniyətmənin əlindən gənclik arzularını , yaşama ümidlərini əlindən aldılar . Nəinki , yeniyətmə qızcığaz Nigar Əsgərova , o cümlədən balaca , terror sözünün mənası dərk etmiyən lakin dəhşətlərə məruz qalan neçə-neçə körpənin yaşama sevincinə bais oldular . Lakin , biz möhkəm iradəmiz və Ali Baş Komandanımızın güclü siyasətinə arxalanaraq daima birlik şəklində olub xalqımızın çətin günündə belə onu tək qoymayacayıq .. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək.

İbrahimova Günay
           Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi