İlham Mirzəyev erməniləri susdurdu
17 Avqust 2013 11:35 (UTC+04:00)
Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev Türkiyədə 50-dən
artıq dövlətin qatıldığı "Dünyanı stressdən qoruyaq" devizi altında
təşkil olunmuş Ümumdünya Psixoloqlarının Elmi Konfransında iştirak
edib. Movqe.az-ın məlumatına görə, konfransda əsas məsələ olaraq
insan amili və ona ətraf mühitin, cəmiyyətdə doğan mənfi
nüansların, ölkələrarası müharibələrin təsiri ilə bağlı dünya
alimlərinin geniş məruzəsi dinlənilib.
Dünya psixoloqları ilə münasibətlərin qurulması, psixoloji
reabitasiya mərkəzləri ilə əlaqələrin yaranması və genişlənməsi
məqsədi ilə təşkil olunan elmi konfransda Azərbaycanı təmsil edən
AMEA-nın Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun "Dinşünaslıq və
mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin aparıcı elmi
işçisi, dosent, psixologiya elmləri üzrə fəlsəfə doktoru,
institutun elmi şurasının üzvü İlham Mirzəyev "Müharibənin sərt
üzü: həyat itkisi" adlı məruzə ilə çıxış edib.
O, məruzəsində Azərbaycanın son illərdə yaşadıqları ictimai-siyasi
gərginliyin qonşu ölkə olan Ermənistan tərəfindən törədilən Qarabağ
müharibəsinin azərbaycanlıların şüurunda, psixologiyasında
buraxdığı dərin izlərdən danışıb.
İ.Mirzəyevin çıxışı Ermənistanı təmsil edən nümayəndələr tərəfindən
birmənalı qarşılanmayıb. Hər zaman olduğu kimi bu konfransda da
erməni təmsilçiləri müdafiə xarakterli çıxışları ilə əsassız
"faktlarını" ortaya qoyublar. Bu zaman dünya psixoloqları da
tanınmış teleaparıcının səsinə səs verərək onları cavabsız
qalmayıblar.
Məruzəsindəki tutarlı fikirlərə istinad etdiyi müəllifi olduğu
"Sosialnıy psixoloqiya stressa" kitabından sitatlar gətirən İlham
Mirzəyev, Azərbaycan həqiqətlərindən sənədlərin dili ilə danışıb.
Kitabda Xocalı faciəsi və Qarabağ döyüşlərində insanların başına
gətirilən işgəncələri əks etdirən fotoşəkillər yer alıb. Rus
dilində təqdim olunan kitabda Xocalı, Şuşa, Laçın kimi işğal
altında olan ərazilərimizdə yaşanılan hadisələrin postravmatik
təsiri iştirakçılara açıq-aydın izah olunub. Bu faktları təqdim
edən və məruzəsi ilə reallıqlarını diqqətə çatdıran İ.Mirzəyevin
sənədləri və əsaslı sübutları qarşısında həqiqəti danan erməni
alimləri susmağa məcbur olublar.
Konfransda psixoloq-alim azərbaycançılıq mövqeyini ortaya qoyaraq
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən münaqişənin dinc
yolla həlli məsələsinə diqqəti yönəldib.
Psixoloq konfrans zamanı fikirlərini geniş ictimaiyyətin ixtiyarına
verməklə Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi vəhşiliyi,
yaşatdığı psixoloji sindromla məlumatlandırıb.
İ.Mirzəyev çıxışında dünya azərbaycanlılarına mesaj da göndərib. O,
Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğunu diqqətə
çatdıraraq, oktyabr ayında keçiriləcək prezident seçkilərində də
bir daha İlham Əliyevlə birgə olduqlarını nümayiş etdirməyə
çağırıb.