Sabah Azərbaycanda çimərlik havası olacaq

17 Avqust 2013 15:47 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-də havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz çənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti olacağı gözlənilir