Dənizdə 6 nəfərin həyatı xilas edildi

18 Avqust 2013 11:00 (UTC+04:00)
Ötən gün Bakıda dənizdə 6 nəfər batma təhlükəsi ilə üzləşib. Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın müxtəlif rayonlarında dənizdə ("Bilgəh" ,"Zuğulba-1"  və "Hövsan" sularda xilasetmə postlarının ərazisində) ümumilikdə 6 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.