Misirə Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün təyyarə göndərildi

18 Avqust 2013 19:00 (UTC+04:00)

Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün xüsusi təyyarə göndərib.

APA-nın xəbərinə görə, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.