Mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

19 Avqust 2013 11:49 (UTC+04:00)

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.