İTTİHAM: "Samir Xəttab maşenikin yekəsidir, çox müğənniləri aldadıb"

19 Avqust 2013 12:03 (UTC+04:00)
Təşkilatçı-prodüse Samir Xəttabı sosial şəbəkədə "maşennik" adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin onu dolandırdığını iddia edir. Müğənni ANS PRESS-ə müsahibəsində, prodüserin məşhur türk müğənnisi Davud Güloğlu ilə birlikdə konsertinin təşkili üçün 20 000 manat ödədiyini, lakin qarşı tərəfin buna əməl etmədiyini bildirdi.

Müğənni ittihamlarını belə əsaslandırdı: "Sözügedən konsertin təşkili ilə mənim rəhbərim olduğum "HAS Production" şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə bağlandı. Samir Davud Güloğlunun Bakıda konsertini təşkil etmə idi. onunla da səhnəni mən bölüşməli idim. Müqavilənin şərtlərinə əsasən mən sifarişçi olaraq ona 17 5000 manat ödəməli idim və əgər icracı, yəni Samir Xəttab sifarişi yerinə yetirməsə, ödədiyim puldan əlavə olaraq mənə 20 000 manat təzminat ödəməlidir.

Ümumilikdə Samirə 20 000 manat pul vermişəm. Müqavilənin şərtlərinə əməl etmədiyi üçün 20 000 manat da əlavə ödəməlidir. Hazırda mənə 40 000 manat verməlidir. Hələ də nə verdiyim pulu, nə də təzminatı ala bilirəm. Hər dəfə "bu gün verəcəm", "sabah verəcəm" deyərək məni aldadır.

Samir pulu alsa da, mart ayından bu yana hər dəfə konsertin vaxtını dəyişdirərək bu günə qədər konserti təşkil etməyib. Bəlkə də heç Davud Güloğlunun bu məsələdən xəbəri yoxdur. Samir Xəttab maşennikik yekəsidir. Mənə qədər çox müğənniləri aldadıb. Hələ çoxlarını da aldadacaq. Ətrafına özü kimi 2-3 nəfəri yığıb, onun-bunun pulunu yeməklə məşğuldur."

Müğənni Arzu Seyidzadənin "maşennik" adlandırdığı təşkilatçı-prodüser Samir Xəttab ittihamları qəbul etmədiyi deyir: "Burada dələduzluq heç nə yoxdu, müqaviləmiz var. Ona sual verin ki, müqavilə varındı? Deyəcək "hə". O zaman soruşun ki, bəs niyə məhkəməyə vermirsən, bölməyə, ora-bura gedirsən?. İddianı getsin məhkəmədə qaldırsın. Dəfələrlə deyilib ona. Amma qaldıra bilmir. Cünki əlimdə sənədlər, sübutlar var. Sübutlarımla geniş açıqlama Bakıya qayıtdıqdan sonra verəcəm."

Xatırladaq ki, təşkilatçı-prodüser Samir Xəttab haqqında bu gün saytımızda gedən "Prodüser İstanbulda təsadüfən Aygün Kazımova ilə rastlaşdı" yazı sosial "Facebook" sosial şəbəkəsində paylaşılınca, müğənni Arzu Seyidzadə xəbərinə sərt reaksiya verib. Arzu Seyidzadə xəbərin altına "Şərəfsiz ..., 20 000 manatımla özünü raskrutka edir. Mən pulumu almağı düşünürəm, bu maşennik, mənim pullarımla kef edir."- yazaraq şərh verib. Bununla sakitləşməyən ifaçı, sözügedən xəbəri öz səhifəsində "Şərəfsiz ... " statusu ilə paylaşıb.