Sabahdan ali məktəblərə qeydiyyat başlayır

19 Avqust 2013 11:11 (UTC+04:00)

2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsələrində sabahdan qeydiyyatdan keçə biləcəklərr. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinə qeydiyyat müddəti avqustun 29-da başa çatacaq. Sabahdan etibarən abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Avqustun 29-dək qeydiyyatdan keçməyən abituriyentlər seçdikləri ixtisasa yerləşdirilmədən imtina hesab olunacaqlar. Qeyd edək ki, avqustun 18-dən başlayaraq, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi aparılır. İxtisas seçimi avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.