Səlim Müslümov Oğuzda şikayətçiləri qəbul edəcək

19 Avqust 2013 12:46 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 26 avqust 2013-cü il tarixdə, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. 

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların avqustun 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Şəki şəhər şöbəsində (024) 244-89-20, Mingəçevir şəhər şöbəsində (024) 274-26-62, Balakən rayon şöbəsində (024) 295-32-17, Qax rayon şöbəsində (024) 255-22-44, Zaqatala rayon şöbəsində (024) 225-68-88, Oğuz rayon şöbəsində (024) 215-34-73, Qəbələ rayon şöbəsində (024) 205-06-99.