Azərbaycan vətəndaşlarını Misirdən təcili təxliyə edən xüsusi təyyarə Bakıya gəlib

19 Avqust 2013 15:36 (UTC+04:00)

Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyə edilməsi üçün göndərdiyi xüsusi təyyarə Bakıya qayıdıb.


APA-nın xəbərinə görə, təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

 

Qeyd edək ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.

 

Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.