Dünya nəhəngi Merkeli hədələdi

19 Avqust 2013 19:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniya Baş naziri Merkelin, nüvə enerjisini gələn on il ərzində dayandıracağını və 2050-ci ildə ölkədəki elektrikin 80 faizinin yenilənə bilən qaynaqlardan təmin ediləcəyi qərarıyla bağlı şərhləri davam edir.

Alman enerji şirkəti RWE, Almaniyadakı altı təsisini bağlayır. Rəqibi E.ON isə hökumətin enerji siyasətində dəyişiklik səbəbiylə təsislərini Türkiyəyə daşımaqla təhdid edir. Merkelin bu qərarı Almaniyadakı qaz və kömür istifadə edən qurğuların gələcəyi ilə əlaqədar böyük sual işarələrinə səbəb olub. Ölkənin enerji siyasətindəki bu dəyişiklik, enerjidə bazar liderləri RWE və E.ON-a da təsir edir. İki enerji firması zərərini açıqlayıb. RWE-in Maliyyə Başçısı Bernhard Guenther, "Çox zərər edirik" deyib. E.ON dirfektoru Cohannes Teyssen, müəssisələrinin çoxunun boşa çalışdığını ifadə edib. Teyssen, omümkün bağlama fikirləri üzərində dayanaraq təsislərini  Türkiyəyə daşıya biləcəyi siqnalını verib.