16 nəfəri ilan sancıb

19 Avqust 2013 18:45 (UTC+04:00)

"Bu ay ərzində 16 nəfəri ilan sancıb". Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Movqe.az-a verilən məlumata görə, ilan sancmalarla bağlı xəstəxanaya müraciət edənlərə tibbi yardım göstərilərək evə buraxılıblar: "İlan sancmalardan ölüm halı qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalar azalıb". 

A. Maqsudov bildirib ki, avqust ayı ərzində 6 nəfəri qaraqurd, 4 nəfəri isə əqrəb sancıb.  

A.Maqsudov ilansancmalarla bağlı rayonlara da zərdab göndərildiyini söylədi. Onun sözlərinə görə, rayonlarda da toksikoloqlar ilan sancmalarla bağlı müraciət edənlərə dərhal tibbi yardım göstərərək müalicəyə başlayırlar: "Hələki hava şəraiti isti keçsə də, ilansancma hadisələrində artım qeydə alınmayıb. Ötən ilin avqust ayı ilə müqayisədə ilan sancma hadisələri daha az qeydə alınıb.