Bakıda gənc qadın onu zorlayan kişinin əlindən güclə qaçdı
20 Avqust 2013 12:00 (UTC+04:00)
Bakı şəhərində gənc qadın ölümlə hədələnərək zorlanıb. Milli.Az-ın
əldə etdiyi məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan
22 yaşlı R.Ə. Suraxanı rayon Prokurorluğuna təcavüz edilməsi ilə
bağlı şikayət edib.
Prokurorluqdan Milli.Az-a bildirib ki, gecə saat 04
radələrindəTural Rəsulov qadını ofisiant
işlədiyi Binə qəsəbəsindəki kafedən Südçülük sovxozundakı evə
gətirib. Evdə bıçaqla hədələyərək cinsi əlaqədə olmaq istəyib.
Etiraz etdikdə isə bıçağı onun ayaqlarına sürtərək kəsəcəyini
bildirib. Bundan sonra qorxudan təslim olan qadınla cinsi əlaqədə
olub. Bundan sonra qadın azyaşlı uşağının evdə tək olduğunu deyərək
sərbəst buraxılmasını istəsə də, Tural icazə verməyib. Səhərə yaxın
Turalın bıçaq əlində yuxuya getməsindən istifadə edən R.Ə. evdən
qaçaraq prokurorluğa üz tutub.
Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.