Nazir Yevlaxda vətəndaşları qəbul edəcək
20 Avqust 2013 12:47 (UTC+04:00)
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov tərəfindən 23 avqust 2013-cü il tarixində
saat 11:00-dan Yevlax şəhərində vətəndaşların qəbulu
keçiriləcək.
Movqe-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən
verdiyi məlumata görə, qəbulda yalnız Yevlax, Mingəçevir və
Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və
Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda
müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə
baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin Aran Regional
Mərkəzinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti
30) 21 avqust 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim
etməlidirlər.