Azərbaycan İran Qızıl Aypara Cəmiyyətinə verdiyi lisenziyanın müddətini 5 il uzadıb

20 Avqust 2013 12:52 (UTC+04:00)

Azərbaycan hökuməti İran Qızıl Aypara Cəmiyyətinin lisenziya müddətini uzadıb.

APA-nın məlumatına görə, təşkilata ölkəmizdə fəaliyyət göstərmək üçün daha 5 il müddətinə lisenziya verilib.

 aQeyd edək ki, bu günlərdə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub, bir sıra rəsmi görüşlər keçiriblər.