Azərbaycan Ordusunun zabiti dənizdə batıb

20 Avqust 2013 12:57 (UTC+04:00)

Azərbaycan Ordusunun zabiti dənizdə batıb.

APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb.

 

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.