Müəllimlərə dövlət qulluqçusu statusu veriləcəkmi?!

20 Avqust 2013 14:11 (UTC+04:00)

"Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya" layihəsinə müvafiq rəy verilib

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sualı cavablandırıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata  görə, 2011-ci ildə "Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya" layihəsinə Təhsil Nazirliyi tərəfindən müvafiq rəy verilib. 


Nazirlik həmçinin TQDK-nın monitorinq apararkən yenidən hazırlanmasını tövsiyə etdiyi və təkmilləşdirilmə aparılmasını məsləhət gördüyü orta məktəb dərsliklərinə də aydınlıq gətirib.


Məlumatda bildirlir ki, 2013-2014-cü tədris ilinə az faizlə çap ediləcək monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Bildirlir ki, dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq. 


Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanmış ilk dərsliklərdir. VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək.