Aqil M. Quliyev: "Qızların saynı azaltmışıq"-ÖZƏL

20 Avqust 2013 14:33 (UTC+04:00)
Rejissor Aqil M. Quliyev füsunkar səsindən danışıb. 


  Mövqe.az-ın məlumatına görə, tanınmış rejissor APA TV-nin "Bunker" verlişində müsahibə verən zaman sənət adamlarının böyük əksəriyyətinin onu sevmədiyini etiraf edib: " Bəli, bəlkə də sənət adamlarının əksəriyyəti məni sevmir. Ancaq məni adi insanlar çox sevir. Ən əsas da sevilməyim səsimə görədir. Sevənlərim sırasında ən çox qızların məni sevməsi doğrudur. Qızlar əvvəl çox idi, indi isə azaltmışıq. 

  Aqil M. Quliyev müsahibəsi zamanı 2 layihə üzərində çalışdığını da qeyd edib: " Səsimlə əlaqəli 2 layihə üzərində işləyirəm. İnanıram ki, uğurlu alınacaq. Bu layihələr mənə nə verəcək zaman göstərəcək".