İki qəsəbədə su olmayacaq

20 Avqust 2013 14:17 (UTC+04:00)

 Avqustun 21-də Abşeron rayonu və paytaxtın Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral su xəttində planlaşdırılan təmir-bərpa işləri ilə əlaqədar avqustun 21-də Masazır qəsəbəsinin və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər yaranacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.