Ali məktəblərdə qeydiyyat başladı

20 Avqust 2013 15:45 (UTC+04:00)

2013-2014-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçən şəxslər avqustun 20-dən qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər. Bu barədə Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Onlar avqustun 29-na kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək. Qeyd edək ki, alı məktəblərə qeydiyyat avqustun 29-da bitəcək.