Yaponiyada fəaliyyəti dayandırılmış Fukuşima nüvə stansiyasının administratoru Tokio Elektrik Enerji stansiyasından (TEPCO) edilən şərhdə, sızıntının necə olduğu deyilməsə də, radioaktiv suya tank ətrafına yerləşdirilən qum torbalarıyla müdaxilə edildiyi bildirilib. İşçilərin suyu boşaltdığı və qalan suyun atılacağı vurğulanıb. Yaponiyanın şimal-şərqində 11 Mart 2011-ci ildə meydana gələn 9 bal gücündəki zəlzələ və ardınca sunami, Fukuşima stansiyasında radioaktiv sızıntıya gətirib çıxararaq Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olmuşdu. Bölgədə yaşayan 160 min nəfər evakuasiya edilmiş, ölkədəki 50 reaktor müvəqqəti olaraq bağlanıb, yalnız ikisi yenidən açılmışdı.