Yarım əsr sonra ortaya çıxan məktub

20 Avqust 2013 18:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Dennis Komsa adlı bir uşaq tərəfindən 50 il əvvəl Atlantik Okeanına atılan şüşə, ABŞ-ın Nyu Cersey əyalətində sahibini tapıb. Şüşə butulka, ABŞ-da ötən il meydana gələn Sandi Qasırğasının ardınca bir evin ətrafındakı dağıntıdan çıxıb. Şüşədə, "Əlaqədar şəxsə, lütfən aşağıdakı sualları cavablandırın və altdakı ünvana göndərin. Bu, 12 yaşlı Dennis Komsa tərəfindən edilən elmi bir araşdırmadır" yazısı var. Yazıda, şüşəni tapan şəxsin bunu harada, nə vaxt və necə tapdığını izah etməsi istənir. Şüşənin içində həmçinin bir zərf və poçt ödənişini qarşılaması üçün xırda pul da olub. Nyu Cersey sahilində okeana atıldığı yerdən təxminən 35 kilometr uzaqlıqda olan 16 Avqust 1963-ci il tarixli şüşə, ötən günlərdə sahibinə verilib. 1963-cü ildə 12 yaşında olan Komsa, təxminən yarım əsr sonra okeana atdığı şüşəni görməyin sürpriz olduğunu ifadə edərək, "Bəzilərinin bunu tapacağını düşünərək suya atmışdım. lakin şüşənin mənə dönəcəyini heç təxmin etməmişdim" deyə bildirib.