Müğənni işıqsız qaldı-ÖZƏL

20 Avqust 2013 18:40 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, müğənni Nura Surinin Bakı Elekrik Şəbəkə ilə olan problemləri bitmir. Bu barədə müğənni özü facebook səhifəsində məlumat verib. Müğənninin statusunu olduğu kimi sizə təqdim edirik: "Artıq inanmağa başlayıram ki, insanları narazı salmaq da məqsədləri var... Nə oldu elə bu yay işıq, qaz, su problemi oldu? Niyə seçki qabağı bütün problemləri insanlara yaşatmağa çalışırlar?! Xətai və Suraxanı rayonlarında səhərdən 3 dəfə işıq kəsilib. Bu ay 2 dəfə 1 gündə işıqları kəsiblər. Xatai rayonunda və 3 dəfə qaz kəsilib. Camaatın evində bütün elektrik cihazlar sıradan çıxır və heç kəsin sığortası yoxdur. Ancaq bütün sivil ölkələrdə var. Allah axrını xeyir etsin!"