Bakıda fəhlə beton altında qalaraq ölüb

21 Avqust 2013 11:46 (UTC+04:00)

Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində,  Hacı Mövlan bağlarında qeydə alınıb. Bağda yaşayış evinin tikintisi zamanı beton piltələrin uçması nəticəsində orada işləyən 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Emin Əlimran oğlu Hüseynov dünyasını dəyişib, Türkiyə vətəndaşları - 1974-cü il təvəllüdlü Mustafa Taşkıran Emin və 1978-ci il təvəllüdlü Sevgin Calkan Kamal xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.