Həcc ziyarəti üçün qeydiyyat noyabrın 20-də başlayacaq

21 Avqust 2013 12:01 (UTC+04:00)

Azərbaycanda bu il üçün növbəti Ümrə (Kiçik Həcc) ziyarətinə qeydiyyat noyabrın 20-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən xəbərə görə, Ümrə ziyarətinin xərcləri oktyabrdakı Həcc ziyarətindən sonra məlum olacaq.

 

Ümrə ziyarəti qeydiyyat başa çatdıqdan sonra - dekabrın 20-də başlayacaq. Ziyarət üçün iki ədəd fotoşəkillə yanaşı, sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.

 

Qeyd edək ki, Ümrə ziyarəti "Kiçik Həcc" adlanır və Həcc ziyarətində olduğu kimi, onu yalnız zilhiccə ayında deyil, ilboyu yerinə yetirmək mümkündür. Ümrə əməlləri Həcc sayılmır. Azərbaycanda bu ziyarəti də QMİ təşkil edir.