Texnikumlara sənəd verənlərə xəbərdarlıq

21 Avqust 2013 12:00 (UTC+04:00)

Tələbə Qəbulıu üzrə Dövlət Komissiyası 2013-2014-cü təsdris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb. Komissiyadan Movqe.az-a verilən məlumata görə, abituriyentlər TQDK-nın saytındakı müvafiq sistemə daxil olaraq, "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Abituriyentlər bu sənədi əldə etmədən imtahana buraxılmayacaqlar. Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.