Suraxanıda yanğın hadisəsi baş verib

21 Avqust 2013 12:24 (UTC+04:00)

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Bakıda ötən gün axşam saatlarında yanğın baş verib.Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.